Dolce & Gabbana

Zamana tabe olmayan siluetlər, Siciliyada ustalıqla işlənmiş parçalar brendin DNT-sinin əsas sütunlarıdır. Dolce&Gabbana–nı ilhamlandıran dəyərlər  İtalyanın olduğu qədər brendin DNT-sinin də ayrılmaz hissəsidir. Bu dəyər və onların yaratdığı obrazlar parça, görünüş, baxış, rənglər, naxışlar, onları geyinən kişi və ya qadın olmasından asılı olmayaraq  Dolce&Gabbana tərəfindən brendin klassikasına çevrilir. Bu əsərlərin zamana tabesizliyi və aktuallığı onların dərhal tanınmağı, məna və simvolizm daşımağı ilə izah olunur ki, bu da dəbdən daha üstündür. Ailə brendin DNT-sində olan vacib dəyərdir. Ailə, onun mirası və dəyərləri incə bir zərgərlik işi kimidir.  Dərzilik Dolce&Gabbana-nın qanındadır: ikonik üç parçalı müasir qara kostyum brendin DNT-nin bu sütununun bariz nümunəsidir. Sənət işi Dolce&Gabbana dəb və klassik kolleksiyasının əsasında dayanır. Sənətkarlıq həm dəyər və həm də bir mənbə olaraq brendin konsepsiyası, kolleksiyası və fikirlərinin mərkəzidir.