img

Missiya və Vizyon

Blue Planet hazırda beynəlxalq brendlərin Azərbaycan ərazisində əməkdaşlıq etmək üçün üstünlük verdiyi əsas və aparıcı şirkət olmağı hədəfləyir. Əlavə olaraq müştərilərə hər ötən gün daha yaxşı xidmət göstərmək və hər zaman onların yanında olaraq uzunmüddətli  münasibətlər qurmaq da şirkətin vizyonudur. Şirkətimiz üçün ən əsas dəyər insanlardır: partnyorlarımız, müştərilərimiz, əməkdaşlarımız. Biz müxtəlif təcrübə  və istedad sahiblərini yüksək dəyərləndirərək onlara hörmətlə yanaşırıq. Onlar bizim uğur qazanmaq istiqamətində əsas gücümüzdür. Biz əməkdaşlarımzın qayğısına qalır, onları böyük təcrübə qazanmağa həvəsləndirir və nəticəni mükafatlandırırıq.   

Biz Kimik

Blue Planet Distribution şirkəti Azərbaycan ərazisində idman, dəbli geyim və zinyət əşyaları brendləri üzrə aparıcı partnyerlardan biridir. Şirkət Paşa Holdinqin tərkibinə daxildir. Fəaliyyət göstərdiyimiz sahədə dərin biliklər və müştərilərə müstəsna xidmət bizi fərqləndirərək daha da inkişaf etdirir. Məhz bu inkişafın nəticəsi olaraq bu gün 20-dən çox mağaza sayı ilə müştərilərin xidmətindəyik.  

img

Tarixçə

2014-cü ildə Paşa Holdinq tərəfindən yaradılan Blue Planet şirkəti pərakəndə ticarət, distribüterlik  sahəsində əsaslı təcrübə nümayiş etdirərək qısa müddət ərzində idman, dəbli geyim, zinyət əşyaları üzrə ölkədə bazarın əsas oyunçularından birinə çevrilmişdir. İlk mağazasnı 2015-ci ildə açan şirkət fəaliyyətə Courir və GO Sport idman şəbəkələri ilə başlamışdır. Növbəti illərdə mağaza sayını artıraraq  həm də portfelinə yeni brendlərlə partnyorluq daxil edir. Bu gün Blue Planet şirkəti idman sahəsində Go Sport, Courir, Skechers və Nike brendlərinin Azərbaycanda rəsmi brend partnyorudur. Pərakəndə sektorundan dərin məlumatlılıq, istehlakçı vərdişlərinin, davranışlarının dayanmadan öyrənilməsi sayəsində Blue Planet fəaliyyət sahəsini genişləndirərək dəbli geyim və zinyət əşyaları sektorunda da Celine, Brunello Cucinelli, Tiffany, Bvlgari, Dolce&Gabbana, Valentino kimi brendlərin Azərbaycanda rəsmi partnyoru olmağı bacarmışdır. 

2021-ci ildə isə Blue Planet Nine West brendi ilə rəsmi əməkdaşlığa uğurla imza atmışdır.