Tiffany & Co.

Nadir və ən qeyri-adi qiymətli daşları sezmək ehtirası ilə fərqlənən tacir Çarlz Lyuis Tiffani Amerika lüksü üçün bir standart təyin etmişdir. 1837-ci ildə ildə Nyu Yorkda dəbli mallar və dəftərxana mağazasını açdıqdan sonra aydın olur ki, o gözəl dizaynı seçməkdə nadir qabiliyyətə malikdir. Çarlz Tifani 1840-ci illərdə  fransız aristokratlarından daş-qaş almaqla dəbdəbə və üsluba yeni baxış gətirməyə başlayır. İri daş-qaşların ABŞ-da peyda olmasını sezən kütləvi informasiya vasitələri bunu diqqətdən qaçırmır və Çarlz Lyuis Tiffanini “Brilyant Kralı” adlandırır. Hər bir xəyalın arxasında bir xəyalpərəst dayanır. Çarlz Lyuis Tiffani bu günkü əfsanəvi zinyət dizaynının müəyyənləşməsinə böyük töhvə verərək brilyant nişan üzüyünün əbədi sevgi rəmzi olaraq tanınmasında böyük rol oynamışdır. Daşdan nadir gözəllik yaratmaq - mədəndən barmaqlara qədər çox incə nəzarət tələb edir. Bununla yanaşı brilyanta həyat, atəş və parlqaqlıq vermək üçün minlərlə qərar çox vacibdir. Yalnız Tiffany sənətə bu cür sadiq yanaşma ilə mükəmməliyə doğru gedə bilərdi.