Valentino

Əbədi şəhər Romanın mərkəzində yerləşən Valentino Evi tarixə oyun meydançası, emalatxanaya isə gözəllik və fikir istehsal edən sahə kimi baxaraq müasir dünyanın nəzər nöqtəsini ifadə edir.

Hekayə 1959-cu ildən başlayır. 2016-cı il isə yaradıcı direktor Pierpaolo Piccioli rəhbərliyi altında tamamilə yeni başlanğıc sayılır. Bu zaman yaşadığımız ana uyğun və brendin ənənələrinə sadiq yeni dəyərlər toplusu yaradıldı ki, buna da siluetdə gözəllik, zəriflik, individuallıq, emosional gözəllik, müxtəlif dillərin qarışması və birləşməsi aiddir. Üslub daxili aləmə aid və sezilməzdir. Çağdaş humanizm ideyası paltarı geyinən şəxsin ətrafında dolanan yaradıcı axtarışları əsas götürür.  Yanaşma, məhsullar, pərakəndə sahəsinin hər biri eyni xüsusiyyəti paylaşır: özünəməxsus Haute Couture yaradılışlardan tutmuş qadın və kişilər üçün hazır geyim və aksessuarlara, eynəklərdən tutmuş ətir və butiklərə qədər Valentino eleqantlıq, təmizlik, ustalıq və unikallığın sinonimidir.